Messi və Ronaldu bir-birinə neçə dəfə səs verib? - MARAQLI

Messi və Ronaldu bir-birinə neçə dəfə səs verib? - MARAQLI
İDMAN
20:18 25.09.2019
7849

Kriştianu Ronaldu və Lionel Messinin ilin futbolçusu nominasiyasında indiyədək səsvermə prosesi üzə çıxıb.

 xəbər verir ki, hər iki futbolçu 2018-ci ilədək bir-birinə səs verməyib.

Lakin Messi ötən il Ronaldunu üçüncü, bu il isə ikinci kimi görüb. Daha da maraqlı məqamlar var. Onları təqdim edirik:

* Ronaldu yalnız bir dəfə "Barselona”lı futbolçunu üçlükdə görüb. Bu, Xavidir. Düzdür, Kriş bu il ikinci kimi "Barselona”nın futbolçusu Frenki de Yonqun adını çəkib. Lakin nəzərə alaq ki, de Yonqun adının hallanması ötən mövsüm Çempionlar Liqasında "Ayaks”da göstərdiyi oyuna görə olub.

* Messi iki dəfə üçlüyə "Real”dan futbolçu salıb. Bunlar Ronaldudan başqa, Luka Modriçdir. O bir dəfə – 2014-cü ildə Anxel di Mariyanın da adını çəkib. Lakin həmin vaxt o, "Real”dan "Mançester Yunayted”ə keçibmiş.

* "Yuventus”a keçənədək Ronaldu cəmi üç dəfə "Real”dan olmayan futbolçuları seçib. Bunlar Radamel Falkao, Xavi və Uesli Sneyderdir. "Yuventus”a keçdikdən sonra isə artıq dörd dəfə "Real”a aid olmayan futbolçulara üstünlük verib. Bunlar Antuan Qrizman (ötən mövsüm "Atletiko”da oynayarkən), Mateys de Lixt ("Yuventus”), Frenki de Yonq ("Barselona”) və Kilian Mbapedir (PSJ).

* Messi 10 dəfə "Barselona”dan olmayan oyunçuları seçib. Bunlar Serxio Aquero və Ronalduya iki, di Mariya, de Yonq, Sadio Mane, Neymar, Mbape və Luka Modriçdir.

* Ronaldu heç vaxt Portuqaliyadan olan futbolçulara səs verməyib.

* Messi dörd dəfə Argentinadan olan futbolçulara səs verib. Bunlar iki dəfə Aquero, bir dəfə di Mariya və Xavyer Maskeranodur.

Qeyd edək ki, Lionel Messi 46 xalla ilin futbolçusu seçilib. 38 xalla Vircil van Deyk II olub. Kriştianu Ronaldu isə hollandiyalı futbolçuya iki xal fərqi ilə uduzaraq III yeri tutub.

 

oxu.az


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir