"Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi üçüncü dəfə ardıcıl olaraq Fransanın "Onze Mondial" jurnalının versiyasına görə, Avropanın ən yaxşı futbolçusu adına layiq görülüb.
AZXEBER.COM-un məlumatına görə, əvvəllər üç dəfə bu mükafata fransız futbolçular Mişel Platini və Zinəddin Zidan layiq görülüblər.
Lionel Messi səsvermənin nəticəsinə görə, "Real"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldonu qabaqlayıb. Lionel Messi 47,45 faiz, Ronaldo isə 27,95 faiz səs toplayıb. Sonrakı yerlərdə müvafiq olaraq "Atletiko"nun üzvü Radamel Falkao, Kərim Benzema, Xavi Ernandes və Məsut Özil qərarlaşıb.