Messidən finaldan sonra hamını təəccübləndirən addım
İDMAN
21:35 20.07.2026
1034
"Qızıl top" mükafatının səkkizqat sahibi Lionel Messi dünya çempionatının finalında İspaniyaya uduzduqdan sonra milli komanda ilə birlikdə Argentinaya qayıtmayıb.
AZXEBER.COMbu barədə "TyC Sports" telekanalına istinadən xəbər verir.
Məlumata əsasən, komandanın kapitanı və Argentinaya uçmayan daha doqquz oyunçu ABŞ-də qalıb. Argentina Futbol Assosiasiyası izah edib ki, futbolçuların bir hissəsi klublarına qoşulmaq və ya məzuniyyətə başlamaq üçün birbaşa ABŞ-dən müxtəlif ölkələrə yola düşəcək.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.