"Messinin bu paylaşımı Azərbaycanın qlobal miqyasda tanıdılmasına xidmət edir"

İDMAN
14:37 13.12.2024
308
Messi — dünya futbolunun əfsanəsi, bir çoxlarının düşüncəsində toxunulmaz bir idol. Onun Azərbaycana səfəri və daha da önəmlisi, sosial şəbəkələrdə ölkəmizə təşəkkür mesajı paylaşması bəzi insanlar tərəfindən əvvəlcə skeptik qarşılandı. "O paylaşmayacaq”, "Bu, bizə nə xeyir verəcək?” deyənlər az deyildi. Amma nəticə hər kəsin gözünün önündədir.

Bəli, hamımız başa düşürük ki, bu paylaşım futbola birbaşa xeyir gətirməyəcək. Messi Neftçi PFK-da və ya Mingəçevir FK-da oynayacaq deyil (hərçənd ki, bu həyatda hər şey mümkündür). Və ya bu paylaşım Azərbaycan futbolunun səviyyəsini dəyişməyəcək. Amma burada söhbət yalnız futboldan getmir. Ümumiyyətlə, bu səfərin futbolla əlaqəsi yalnız qonaqlarımızın peşəkar ulduz futbolçu olması ilə məhdudlaşır.

Messinin bu paylaşımı Azərbaycanın qlobal miqyasda tanıdılmasına xidmət edir. Bu jest milyonlarla insanın Azərbaycan haqqında danışmasına, ölkəmizi fərqli bir rakursdan görməsinə səbəb oldu. Dünya siyasətində, mədəniyyətlərarası dialoqda və beynəlxalq əməkdaşlıqda aktiv rol oynayan bir ölkə olaraq, Azərbaycanın adı bir daha diqqət mərkəzinə çəkildi.

Qarabağ müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanın beynəlxalq imici daha çox diqqət çəkməyə başladı. Lakin bu qələbə Avropanın bəzi dairələrinin qərəzli yanaşması ilə də müşayiət olundu. Məhz belə məqamlarda Messi kimi nüfuzlu şəxslərin dəstək xarakterli paylaşımları Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə töhfə verir. Bu cür jestlər bizim dövlətimizin qlobal arenada gücünü bir daha sübut edir.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir