İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messinin cangüdənlərindən biri keçmiş cinayətkar Daniel Roho olub.AZXEBER.COM-un məlumatına görə, bu barədə Rohonun özü “La Gazzetta dello Sport”a açıqlama verib.O, “Barsa”da mühafizəçi işlədiyi vaxt Messiyə də cangüdənlik etdiyini bildirib. Roho əvvəllər 500 bank qarət edib və 15 ilədək oğru dünyasında olub. 1997-ci ildə isə haqqın yolunu taparaq, futbolda işləməyə başlayıb. Roho 2006-cı ildə “Barselona”da mühafizəçi kimi işə düzəlib. Həmin vaxt baş məşqçi Frank Raykard olub. Keçmiş oğrunun işi futbolçuları gecə klublarında çox içdikləri və sükan arxasında otura bilmədikləri vaxt evlərinə aparmaqdan ibarət imiş.Roho deyib: “Bir dəfə Messini məşqdən sonra götürüb aparmağa göndərmişdilər. O, utancaq oğlan idi. Nahar etdiyi vaxt öz həyatımdan danışdım. Söhbətdə elə də iştirak etmədi. Çünki həyatında yalnız məşqlər və toplar var idi. Klubda ona qızlarla gəzməyə icazə vermirdilər. Hələ indi əsl həyatın nə olduğunu anlamağa başlayıb”.