Messinin geyimi 10000 avroya satıldı

İDMAN
16:34 18.12.2012
1486
Dünyanın ən tanınmış futbolçusu Messi futbol geyimini satıb.AZXEBER.COM-un məlumatına görə, onun köynəyi hərraca çıxarılıb. Xorvatiyada keçirilən hərracda geyimi Moskvanın "Lokomotiv" klubunun məşqçisi Slaven Biliç alıb. Lionel Messinin imzası olan geyimə görə o, 90 min kun (təqribən 10 000 avro) ödəyib.Xorvatiya yığmasının yarımmüdafiəşisi və Kiyevin "Dinamo"sunun oyunçusu 28 yaşlı Niko Krançar isə öz formasını xeyriyyə hərracında 50 min kuna satıb. "Tottenhem"in eks futbolçusunun formasını Xorvatiya yığmasının üzvü İqor Ştim alıb.

OXŞAR XƏBƏRLƏR