Maskalılar Messinin qaldığı oteldən külli miqdarda oğurluq etdi.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, PSJ-də oynayan Lionel Messinin ailəsi ilə birlikdə Parisdə qaldığı oteldə qəribə oğurluq olub.
Maskalı bir qrup oğru tərəfindən oteldən külli miqdar dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb. Kameralara düşən görüntülərdə hadisə Messinin və ailəsinin qaldığı suitin yalnız bir mərtəbəsində baş verdiyi görünür.
Qeyd edək ki, Messi otelə avqust ayında yerləşib.
Aydın