“Barselona” ilə müqaviləsinin müddətini uzadan Lionel Messinin il ərzində alacağı pulun məbləği açıqlanıb.
Yeni müqaviləyə əsasən, Kataloniya klubu argentinalı hücumçusuna hər il 16 milyon avro verəcək. Amma qeyd edilir ki, futbolçunun il ərzində göstərəcəyi uğurlardan asılı olaraq, bu məbləğ arta da bilər.
Qeyd edək ki, Messi “Barsa” ilə müqavilənin müddətini 2018-ci ilə kimi uzadıb.//qol.az