Messinin yeni qiyməti açıqlandı: 250 milyon avro!

İDMAN
09:54 07.02.2013
1778

Bu həftə “Barselona” klubu ilə Lionel Messi arasında 2018-ci ilin sonuna qədər imzalanacaq müqaviləylə bağlı danışıqların bəzi təfərrüatı üzə çıxıb.

Yeni müqavilədə əsas mübahisə mövzusu Messiylə bağlı təzminatın qiyməti olub. Kataloniya klubu təzminatın məbləğini 250 milyon avrodan çox olmasını israr edərək potensial alıcıların gözünü qorxutmaq istəyib. Argentinalı ulduz isə bununla razılaşmayıb. Ona görə də “Barselona” Messinin tələbindən sonra təzminat üçün məbləği 250 milyon avrodan yuxarı qaldıra bilməyib.

Beləliklə, Messini transfer etmək istəyən klub ilk öncə “Barselona”ya 250 milyon avro ödəməli olacaq.

OXŞAR XƏBƏRLƏR