AZXEBER.COM xəbər verir ki, bu barədə "The Wall Street Journal" vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livana qarşı təcavüz davam edəcəyi təqdirdə cavab zərbələri endirəcək.
"Biz sazişləri pozan ABŞ-ni və İsraili qətiyyətlə xəbərdar edirik: əgər Livana qarşı təcavüz dərhal dayandırılmasa, biz öz borcumuzu yerinə yetirəcək və regiondakı bədxah işğalçılara cavab verəcəyik", - deyə onun bəyanatında bildirilir.
Elan edilmiş atəşkəsdən sonra İsrail Müdafiə Ordusu (SAXAL) əmrlərə uyğun olaraq İrana hücumları dayandırdığını, lakin Livan ərazisində "Hizbullah" qruplaşmasına qarşı döyüş əməliyyatlarını davam etdirdiyini bildirib.











































