"Məsuliyyət işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşür"

"Məsuliyyət işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşür"
SİYASƏT
13:47 21.09.2020
566

"Danışıqlar prosesi nəticəsizdir və münaqişənin həllində əhəmiyyət kəsb edən amil deyil".

Əgər dünya birlikləri, ələlxüsusda ATƏT necə Ermənistanın bütün qətnamələrə və bəyanatlara olan saymazyana münasibətinə susursa, Azərbaycanın da öz təbii haqqı olan torpaqlarını azad etmə istəyini təmin etməsi üçün hərbi əməliyyatlara əl atmasına da susqunluq göstərməlidir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

O ATƏT-in fəaliyyətini tənqid edib: "Ümumiyyətlə, ATƏT fəaliyyətsiz qurumdur. 30 ilə yaxın bir dövrü eyni bəyanatlarla keçirən bu qurum Dağlıq Qarabağ məsələsində heç bir həlledici mövqe göstərməyəcək. Minsk qrupunun həmsədrləri regiona hər səfərlərinin nəticəsi olaraq bəyanat verirlər. Amma bu bəyanatlar əvvəlkilərin təkrarıdır. Onlar nəticəsiz fəaliyyət göstərirlər. Bu qurum yaranan gündən ermənilərin xeyrinə nə isə etməyə çalışır. Amma buna da nail ola bilmirlər. Doğrudur, bəyanatlarında status-kvonun dəyişməsinin tərəfdarı olduqlarını, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər. Amma sözlə əməl bir olmalıdır.

Əgər BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri, həmsədr dövlətlərin başçılarının bəyanatlarında əksini tapan məsələlər icra edilərsə, onda vəziyyət tamamilə başqa cür olardı. Amma həmsədrlər bütün bunlar üçün heç bir əməli iş görməyiblər. Görünən odur ki, heç nə etmək istəmirlər. Düşünürəm ki, onların məqsədi münaqişənin həllinin vaxtını uzadıb Azərbaycanı güzəşt etməyə məcbur etməkdir. Buna da nail ola bilmirlər. Çünki Azərbaycan dövləti, xalqı öz torpaqlarını heç kimə güzəştə getməyəcəklərini hər zaman bildiriblər".

Deputat bildirib ki, Azərbaycan ordusu torpaqları işğaldan azad etmək üçün hər an hazırdır.: "Azərbaycan dövləti faktiki olaraq bəyan edir ki, ərazi bütövlüyü məsələsi danışıqların mövzusu ola bilməz. Biz ərazilərimizi işğaldan azad edəcəyik.

Həmsədrlər bildirirlər ki, biz istəyirik bölgədə dayanıqlı sülhə nail olunsun, tərəflər siyasi iradə nümayiş etdirib razılığa gəlsinlər, qarşılıqlı etimad yaransın. Amma bildirmirlər ki, erməni silahlı qüvvələri torpaqlarımızı işğal altında saxladığı halda qarşılıqlı etimad necə təmin olunsun? Azərbaycan son nəticədə məcbur olacaq ki, sözünü hərb yolu ilə desin.

Azərbaycan ordusu torpaqları işğaldan azad etmək üçün hər an hazırdır. Həmsədrlərin bu fəaliyyətsizliyi, digər beynəlxalq qurumların ədalətsiz mövqeyi son nəticədə Azərbaycanı vadar edəcək ki, torpaqlarını hərb yolu ilə geri qaytarsın. Bunun məsuliyyəti isə birbaşa işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşəcək.

Müşfiq Cəfərov sosial şəbəkə istifadəçilərinə də müraciət edib: 

"Biz xalq olaraq dövlətimizin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı apardığı işlərə dəstək olmalıyıq. Qarabağ həqiqətlərinin, ermənilər

tərəfindən başımıza gətirilən müsibətlərin dünyaya çatdırılması, Xocalı soyqırımını, təcavüzkarı tanıtmaq, son nəticədə torpaqlarımızı işğaldan azad etmək üçün biz beynəlxalq aləmlə çox işləməliyik.

Sosial mediada, xarici mətbuatlarda olan paylaşımlarımızda Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünə, onların hüquqlarının pozulduğuna dair faktlar öz əksini tapmalıdır. Bu, hamımızın üzərinə düşən vəzifədir və həmin öhdəliyi də özümüzə borc bilib icra etməliyik. Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır və inanırıq ki, dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində buna nail olacağıq".

OXŞAR XƏBƏRLƏR