“Məşğulluğa Dəstək Layihəsi” vasitəsilə biznes qurmağın sirri - Sübhan Babayevin uğur yolu

“Məşğulluğa Dəstək Layihəsi” vasitəsilə biznes qurmağın sirri - Sübhan Babayevin uğur yolu
SOSİAL
10:00 16.10.2024
395
"İnsan istəsə, hər bir çətinliyin öhdəsindən gələ bilər"

- Özünüz haqda qısa məlumat verə bilərsiniz? Avtoyumaya marağınız necə yaranıb? Neçə ildi bu sahə ilə məşğulsunuz?
- Hamının həyatında çətinliklər olur, amma hər şey insanın öz əlindədir. İnsan istəsə, hər bir çətinliyin öhdəsindən gələ bilər. Mən də həmişə çalışdığım üçün o qədər də çətinlik çəkməmişəm. Bir zamanlar şəxsi biznesim vardı. Daha da genişləndirməyi düşünürdüm. Təəssüf ki, qarşılaşdığım maddi çətinliklər üzündən biznesim iflas oldu. Bununla da bütün planlarım pozuldu. Lakin çalışqan adam olduğum üçün işsiz qalmayım deyə özümü ticarət, tikinti kimi bir çox sahələrdə sınadım. Uğurlusu da oldu, uğursuzu da. Xaricə meyvə satmaqla da məşğul olmuşam. Hətta avtoyuma işini qurmaq istədim, maliyyə problemləri bu dəfə də planlarımın önünə keçdi.

- Bəs "Məşğulluğa Dəstək Layihəsi" haqqında ilk dəfə necə öyrəndiniz və sizi iştirak etməyə nə sövq etdi?

- Nə edib-etməyəcəyimlə bağlı xeyli vurnuxduğum bir vaxtda ətrafdan, dost-tanışdan "Məşğulluğa Dəstək Layihəsi" haqqında eşidirdim, amma açıq danışmaq lazım gələrsə, real olduğuna çox da inanmırdım, şübhə ilə yanaşırdım. Sonra ciddi-ciddi araşdırmalar aparmağa başladım və bu layihə vasitəsilə xeyli sayda insanın uğur qazandığını və öz istədikləri sahəyə aid avadanlıqlarla təmin olunduqlarını görəndən sonra inanmağa başladım. Elə buna görə sonda layihəyə qoşulmağa qərar verdim. Əvvəllər layihəyə qoşulmuş olan vətəndaşlardan harada və necə müraciət etmək haqqında informasiya aldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin müvafiq filialına gedərək "Məşğulluğa Dəstək Layihəsi"dən qeydiyyatdan keçdim. Yolumu bu istiqamətdən salan başlıca amil dövlətin vətəndaşına təmənnasız dəstəyi oldu. Bu, çox sevindirici və müsbət haldır. Doğrusu, belə diqqətlə qarşılaşacağıma, nəsə əldə edə biləcəyimə inamım yox idi, amma oldu. Özünüməşğulluq proqramı çərçivəsində sözügedən layihəyə müraciət etdim.

" Mən də özümü uğurlu benefisiarlar arasında görürəm və yeni avadanlıqları almağa iddialıyam".

- Layihə biznesinizə, peşənizə necə töhfə verdi?

- Layihə çərçivəsində keçirilən təlimlər vasitəsilə işimi düzgün yönəltməyi, idarə etməyi və maliyyə məsələlərini öyrəndim. Öyrəndiklərim sayəsində biznesi çətinliksiz idarə edirəm. Bəzi avadanlıqların dəyişdirilməsi, eləcə də ehtiyacım olan bir sıra avadanlıqlarla bağlı yenidən müraciət etmişəm. Bu yaxınlarda  "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində təşkil olunan "Həvəsləndirmə Mükafatı” müsabiqəsi ilə bağlı tədbirdə də iştirak etdim. Orda da biznesini düzgün quran və davam etdirən şəxslərə dəstək baxımından yeni avadanlıqlar veriləcəyi bildirildi. Mən də özümü uğurlu benefisiarlar arasında görürəm və yeni avadanlıqları almağa iddialıyam. 
MDL gəlirlərimin artımına da vəsilə oldu. Əvvəllər müəyyən qədər qazanc əldə edirdim. Layihəyə qoşulduqdan sonra gəlirimdə artım özünü göstərməyə başladı. Hətta gələcəkdə işimi daha da böyütməyi düşünürəm. 

"”Müştərilərin məmnuniyyəti bizim üçün çox dəyərlidir".

- Müştərilərlə ünsiyyətdə hər hansı problemlər yaşamırsız? 

- Məni sevindirən əsas məqamlardan biri də budur ki, müştərilərimiz işimizin keyfiyyətindən çox razıdırlar. Təbii ki, bu məmnuniyyəti qazanmışıq, əziyyət çəkmişik. Bəzən vaxt baxımından problem yaşadığımız müştərilərimiz də olub, yenə də çalışmışıq ki, onları razı salaq. Bəzi insanlar qışda işlərimizin daha zəhmətli və ağır olduğunu düşünür, amma rahat iş yoxdur. Biz işimizi sevərək gördüyümüz üçün heç bir çətinliklə rastlaşmırıq. Baxmayaraq ki, mənim sahəm üzrə ən vacib məsələlərdən biridir, amma daha əvvəllər avtoyumada istifadə olan dərmanların heç birini tanımırdım. Hansı dərmanın keyfiyyətli, yaxud keyfiyyətsiz, hansı dərmanın harda və necə istifadə olunduğunu bilmirdim. Artıq bu biliklərə də sahibəm. Bu da işimizi çox mükəmməl və keyfiyyətli edir.

"Öz biznesinizə sahib olmağın tam zamanıdır”

- "Məşğulluğa Dəstək Layihəsi"nə güvəndiyiniz üçün peşman deyilsiz? 

- Sonda demək istəyirəm ki, bəzən beynimizdə götür-qoy etdiyimiz işi qurmaq üçün maddi və mənəvi baxımdan güclü bir dəstəkçiyə ehtiyacımız olur. Qolumuzu çırmalayıb iş görmək lazım olanda meydanda tək olduğumuzu görürük. Çox sevinirəm ki, yolum bu layihədən keçdi. Bu gün istədiyim işin sahibiyəm, öz işim üçün çalışıram. Heç vaxt heç nə üçün gec deyil. Öz biznesinizə sahib olmağın tam zamanıdır. Arzusunda olduğunuz işi qurmaq üçün "Məşğulluğa Dəstək Layihəsi” əsl şansdır.

Bu məqalə layihənin kommunikasiya üzrə konsultantı "Aim Texas Consulting” şirkətinin uğurlu benefisiar Sübhan Babayevlə müsahibəsi əsasında hazırlanmışdır.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar