Məsumə Babayeva dəfn edildi

Məsumə Babayeva dəfn edildi
MƏDƏNİYYƏT
14:29 25.01.2026
2066
Aktrisa Məsumə Babayeva Yeni Suraxanı qəbiristanlığında dəfn edilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Məsumə Babayeva ilə vida mərasimi onun yaşadığı evdə keçirilib.

Xatırladaq ki, aktrisa dünən uzun sürən xəstəlikdən sonra vəfat edib.
OXŞAR XƏBƏRLƏR