"Meta” şirkəti süni intellekt əsaslı köməkçisi Meta AI-ı Türkiyədə istifadəçilər üçün Türk dili dəstəyi ilə pulsuz istifadəyə təqdim edib.
AZXEBER.COM türk mediasına istinadən xəbər verir ki, yeni funksiyadan Facebook, Instagram, WhatsApp və Messenger də daxil olmaqla bütün Meta platformalarında, eləcə də şirkətin rəsmi saytında istifadə etmək mümkündür.
İstifadəçilər Meta tətbiqlərindəki mavi dairə simvoluna toxunaraq və ya qrup söhbətlərində "@Meta AI” yazaraq köməkçiyə müraciət edə bilərlər.
Gündəlik işləri asanlaşdırmaq məqsədilə hazırlanan bu məhsul təkliflər verə, nəyinsə necə edildiyi barədə məsləhətlər təqdim edə bilir. Məhsul həmçinin birbaşa mətn yaratmaq, vizual görüntülər hazırlamaq və onları animasiyaya çevirmək imkanına malikdir.
Şahanə Ziyad










































