Meta-dan xəbərdarlıq: 16 yaşdan kiçik istifadəçilərin hesabları bağlanır

Meta-dan xəbərdarlıq: 16 yaşdan kiçik istifadəçilərin hesabları bağlanır
DÜNYA
12:25 04.12.2025
66
Sosial media şirkəti Meta, 10 dekabrda sosial media qadağasının qüvvəyə minəcəyi Avstraliyada 16 yaşdan kiçik uşaqların hesablarını bağlamağa başlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada sosial media istifadəsinə dair ən əhatəli qaydalardan biri qüvvəyə minməyə hazırlaşarkən, texnologiya nəhəngləri də səylərini sürətləndirirlər.
 
ABŞ sosial media şirkəti Meta, 10 dekabrda sosial media qadağasının qüvvəyə minəcəyi Avstraliyada 16 yaşdan kiçik gənclərin "Instagram", "Facebook" və "Threads" hesablarını bağlamağa başlayıb.
 
Qeyd edək ki, bununla təxminən 150.000 Facebook istifadəçisinə və 350.000 Instagram hesabına təsir edəcəyi gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR