Metanın istifadəçilərinin şəxsi mesajlarını Netflix ilə paylaşması iddiası sosial mediada böyük reaksiyalara səbəb olub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-də iki nəfərin Metaya qarşı açdığı və martın sonunda ortaya çıxan iddia sənədlərində Metanın təxminən 10 ildir Facebook istifadəçilərinin şəxsi mesajlarına Netflix-ə giriş imkanı verdiyi iddia edilib.
Tesla və SpaceX-in CEO-su Elon Musk da sosial media platforması X-də mövzu ilə bağlı bir yazıya cavab verərək təəccübünü ifadə edib.
Meta-nın Kommunikasiya Direktoru Andy Stone X-dən verdiyi açıqlamada şəxsi mesajların Netflix ilə paylaşılmadığını bildirib.
Stoun, Netflix və Meta arasındakı razılaşmanın insanların izlədikləri istehsalları birbaşa Netflix tətbiqi vasitəsilə Facebook dostları ilə paylaşmalarına imkan verdiyini və bu cür razılaşmaların sənayedə çox olduğunu ifadə edib.
Mikayıl