"Meta”, "X”, "TikTok”, "Snapchat” və "Discord” şirkətlərinin baş direktorları 31 yanvar 2024-cü ildə ABŞ Senatında uşaq təhlükəsizliyi ilə bağlı ifadə verəcəklər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, texnologiya dünyasında yenidən qalmaqal gündəmə gəlir.
Daha əvvəl tez-tez səslənən bir iddia yenidən gündəmə gəlib və bu dəfə beş məşhur platforma ifadə verəcək.
Senatın Ədliyyə Komitəsi "Meta”nın baş direktoru Mark Zukerberq, "X” (keçmiş Twitter) baş direktoru Linda Yaccarino, "TikTok”un baş direktoru Şou Zi Çev, "Snapchat”ın baş direktoru Evan Spiegel və "Discord”un baş direktoru Ceyson Citronu dinləyəcəyini söyləyib.
"Meta” hazırda "Facebook” və "Instagram”ın təhlükəsizliyi ilə bağlı ictimaiyyəti çaşdırmaq iddiası ilə bir çox ştatlardan məhkəmələrlə üzləşib.
Bundan əlavə, ABŞ "Meta”, "ByteDance”, "Alphabet” və "Snap”a qarşı məhkəmə iddiaları qaldıraraq onları uşaqlar üçün asılılıq yaradan platformalar işlətməkdə ittiham ediblər.
Ayşən