"Meta" və "YouTube" cərimələndi

"Meta" və "YouTube" cərimələndi
DÜNYA
11:21 26.03.2026
236
"Meta" və "YouTube" ABŞ-də məhkəmə qərarı ilə cərimələnib.

AZXEBER.COM-un xarici mediaya istinadən verdiyi xəbərə görə, qərar 20 yaşlı bir qadının iddiası əsasında qəbul olunub. O bildirib ki, uşaqlıqdan sosial media platformalarından istifadə nəticəsində yaranan asılılıq onun depressiyasını ağırlaşdırıb və intihar düşüncələrinə səbəb olub.

Məhkəmə hesab edib ki, şirkətlər bu cür risklərdən xəbərdar olduqları halda istifadəçiləri kifayət qədər məlumatlandırmayıblar və bu səbəbdən təqsirli sayılıblar.

Qərara əsasən, şirkətlər ümumilikdə 3 milyon dollar təzminat ödəyəcək. Məbləğin 70 faizi Meta-nın, 30 faizi isə YouTube-un payına düşür. Bundan əlavə, Meta 2,1 milyon dollar, YouTube isə 900 min dollar əlavə cərimə ödəyəcək.

Eyni iş üzrə Snap və TikTok isə məhkəmədən əvvəl iddiaçı tərəf ilə razılığa gəlib.
OXŞAR XƏBƏRLƏR