Türkiyə "Meta"nı cərimələdi

DÜNYA
13:03 11.12.2024
161
Türkiyədə şəxsi Məlumatların Mühafizəsi Təşkilatı (KVKK) uşaqların istifadə etdiyi hesablarla bağlı İnstaqramın sahibi Metaya 11 milyon 500 min lirə inzibati cərimə kəsib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən, 18 yaşından kiçik istifadəçilərin açdıqları şəxsi Instagram hesablarının biznes hesablarına çevrilərək ictimaiyyətə açıq olması, uşaqların şəxsi məlumatlarının pozulduğu iddiaları ilə bağlı araşdırma başlanıb. 

Baxış nəticəsində müəyyən edilib ki, Instagram biznes hesablarındakı e-poçt ünvanı və telefon nömrəsi məlumatı Instagram-ın HTML mənbə koduna daxil olduğundan və bu məlumat hər kəs tərəfindən toplana bildiyi üçün uşaq istifadəçiləri "onlayn mühitdə risklərə qarşı həssas olublar". .

Bildiriş öhdəliyini yerinə yetirməyən Meta-ya KVKK 2 milyon 500 min lirə inzibati cərimə kəsib.

Gülay

OXŞAR XƏBƏRLƏR