Orta məktəbin həyətində yerləşdirilmiş Atatürkün büstü tullantı metal alverçilərinin tamahına tuş gəlib.
AZXEBER.COM “Vatan” qəzetinə istinadən xəbər verir ki, İzmirin Yazıbaşı Məhəlləsində Mehmet Akif Ersoy adına orta məktəbin bağçasında qoyulmuş Atatürkün tunc büstü oğurlanıb.
Məktəb rəhbərliyinin bu barədə məlumat verməsindən sonra yerli polis oğurlanmış büstün axtarışı ilə məşğul olub və təhlükəsizlik kameralarının yaddaş görüntüləri sayəsində oğruların izinə düşüb.
Araşdırma zamanı büst oğrularının tullantı metal toplamaqla məşğul olan R.K. və Z.E. olduğu müəyyənləşdirilib.
Oğurlanmış bust də o şəxslərdən birinin evindən tapılıb. Yaxalanan şəxslər büstü satmaq məqsədi ilə oğurladıqlarını etiraf ediblər.
Büst isə təmizləndikdən sonra təkrar öz yerində quraşdırılıb.