“Mətanət A” şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir

İQTİSADİYYAT
10:49 26.07.2018
4510
İşin təsviri:

* İSO 9001 Keyfiyyət İdarəetmə Sisteminə (KİS) uyğun olaraq şirkətin normativ sənədlərini hazırlamaq;

* Şirkətin struktur bölmələrində KİS üzrə sənədlərin və prosedurların, təlimatların hazırlanması, monitorinqini və razılaşdırlmasını təmin etmək;

* İSO 9001 KİS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;

* Şirkətin struktur bölmələrinin İSO 9001 idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;

* İSO 9001 KİS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;

* Hazır məhsulu saxlama, satış və qaytarma anbarlarında mütəmadi keyfiyyət nəzarəti yoxlamalarını həyata keçirmək;

* Məhsulların saxlama anbarlarında dezinseksiya və deratizasiya tədbirlərinin planlanması, təşkili və həyata keçirilməsinə nəzarəti həyata keçirmək;

* İdxal olunan məhsulların anbara qəbulu zamanı nəzarətin aparılması, aşkar olunan uyğunsuzluqlara dair tədbirlərin görülməsi və nəticəni izləmək;

* Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;

* Uyğunsuzluqların və hadisələrin qeydiyyatı, təhlili, araşdırılması, qabaqlayıcı tədbirlərin planlaşdırılması və icrasına nəzarət.

Əmək haqqı:

* Razılaşma yolu ilə.

İş şəraiti:

* İş saatı: 09-00-dan 18-00-dək;

* İstirahət: Şənbə və bazar günü.

Tələblər:

* Yaş həddi: 28-40

* Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil

* İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;

* Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2008, İSO 9001:2015 sertifikatlara malik olması);

* KİS daxili audit sahəsində müvafiq kurslarda iştirak;

* Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;

* Microsoft Office proqramlarını əla səviyyədə bilməli;

Şəxsi keyfiyyətləri:

* Liderlik;

* İşə planlı yanaşma;

* Fikrini izah etmək qabliyyəti;

* Ünsiyyət yaratmaq bacarığı;

* Analitik düşünmə qabiliyyəti;

* Fəallıq.

Əlavə şərtlər:

* Ezamiyyət imkanları;

Əlavə tələblər:

* Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

* İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

* Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər; * Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected] ünvanına göndərə bilərlər.
OXŞAR XƏBƏRLƏR