“Mətanət A” ustaları maarifləndirir - FOTOLAR

“Mətanət A” ustaları maarifləndirir - FOTOLAR
TOP4
15:56 05.07.2019
6635

Yarandığı gündən daim innovativ texnologiyaların tətbiqi ilə istehsal etdiyi yeni məhsullar, ixtiraları sayəsində artıq 20 ilə yaxındır Azərbaycanın inşaat materialları sektorunun lideri ünvanını özündə saxlamağı bacaran "Mətanət A” şirkəti eyni zamanda inkişaf etmiş ölkələrdə tikinti sektorunda tətbiq edilən qabaqcıl ənənələrin də ölkəmizdə tətbiqi ilə tanınır.

 

AZXEBER.COM xəbər verir ki, "Mətanət A”nın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə ustaların bilik və bacarıqlarının artırılmasını qarşısına məqsəd qoyan Ustalar Klubu təsis olunub. Kluba üzv olan ustalarla tez-tez görüşlər keçirilir, treninq və seminarlar təşkil olunur, "Mətanət A” şirkətinin məhsulları ilə bağlı ətraflı məlumatlar verilir. Bu günlərdə Ustalar Klubunun yeni silsilə görüş-təlimlərinə start verilib. Bu dəfəki təlimlər əsasən şirkətin yeni brendi - AZERLIME suvaq və hörgü üçün əhəng məhsulunun tanıtımına həsr olunub. İlk təlimlər Bakı və Sumqayıt şəhərlərini əhatə edib. Beş gün davam edən təlimlərdə yüzlərlə usta və "Mətanət A” şirkətinin məhsullarının daimi müştəriləri iştirak edib. Paytaxt və Sumqayıt şəhərində baş tutan təlimlərdə iştirakçılar əvvəlcə tədbir məkanının foyesində təşkil olunan sərgidə "Mətanət A” şirkətinin məhsulları ilə tanış olublar. Daha sonra onlara AZERLIME suvaq üçün əhəng məhsulu ilə bağlı ətraflı məlumat verilib. Təlimə qatılan mindən artıq usta inşaat sektorunda unikal məhsul olan AZERLIME suvaq üçün əhəng məhsulunun hazırlanması və istifadəsi qaydaları ilə tanış olublar. Məhsulun üstün cəhətləri onlara əyani vəsaitlərlə nümayiş etdirilib.


Qeyd edək ki, AZERLİME SUVAQ ÜÇÜN ƏHƏNG məhsulu qum - sement qarışığına qatılaraq əhəngli suvaq əldə edilir. Avropada, inkişaf etmiş ölkələrdə artıq geniş yayılmış əhəngli suvaq ənənəsini təqdim edən AZERLİME suvaq üçün əhəng məhsulu inşaat sektorunda, suvaq və hörgü işlərinin görülməsində unikal bir məhsuldur. AZERLİME məhsulu suvağın hazırlanmasında istifadə olunan sementi 50 % azaldır, eyni zamanda suvağın möhkəmliyini normada saxlayır və yekunda suvaq xərcinə 25%-ə qədər də qənaət edir. Əhəngli suvağın bir çox üstünlükləri mövcuddur. Belə ki, AZERLİME qatılaraq alınmış əhəngli suvağın tətbiqi daha rahatdır. Eyni zamanda daha çox səth suvanmaqla yanaşı, həmçinin antibakterial səth də əldə edilir. "Mətanət A” şirkəti təmir-tikinti işləri həyata keçirən bütün tikinti şirkətlərini, ustaları, hər kəsi AZERLİME əhəng zavodunun yüksək aktivliyə malik və stabil keyfiyyətli əhəng məhsullarından istifadəyə çağırır.


 

 

 

Təlim zamanı mütəxəssislər ustaların AZERLIME suvaq üçün əhəng məhsulunun tətbiqi ilə bağlı onlara qaranlıq qalan sualları da cavablandırıblar. Təlimlərin sonunda iştirakçılar arasında lotoreya çəkilişi həyata keçirilib, qaliblərə dəyərli hədiyyələr təqdim olunub.


Təlimlər iyul ayı ərzində ölkənin digər bölgələrində davam etdiriləcək.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
21:49 28.10.2026
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
20:45 28.10.2026
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
20:39 28.10.2026
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
20:36 28.10.2026
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib