07:42 Cümə Axşamı, 12 Dekabr 2019
Maqazin

Mətanət Əsədova: "Məndən əxlaqlısı yoxdur"

22:25, 13.11.201910045
Mətanət Əsədova:
Ötən axşam məşhur müğənni Mətanət Əsədovanın "Xəzər” TV-də yayımlanan "5-də 5” proqramında bəzi sənət yoldaşlarının ünvanına atdığı atmacalar söz-söhbətə səbəb olub. 

Mətanət üzünü verilişin aparıcısı Zaur Kamala tutaraq, onun sadəlövhlüyündən və təvazökarlığından istifadə edən məşhurlardan söz açıb.

"Sən o qədər ürəyi təmiz insansan ki, verilişinə gələn insanları yaxşı tanımamısan. Buraya gəlib deyər, gülər, oynayar, ondan heç nə ağlına gəlməz. Sakit, asta ilanlar var…
Sən, Zaur, bilmirsən, nə var nə yox. Onların həyatını sən bilmirsən. Gələrəm, Zayka deyərəm, arxamca xoşagəlməz sözlər söyləyərlər. Məndən əxlaqlısı yoxdur. O, gəlib burda artistlliklər edir. Xahiş edirəm, onlara inanma”.


Qeyd edək ki, sözügedən verilişin aparıcısı Zaur Kamalın qonaqlarla zarafat edib, onları tez-tez lağ obyektinə çevirməsi sosial media əhli tərəfindən aqressiya ilə qarşılanır.
 
///oxu.az
XƏBƏR LENTİ