Ötən gün əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin nişanlanması haqda xəbər vermişdik
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, sənətçi övladının xoş günü ilə bağlı təəssüratlarını bölüşüb: "Nişan ürəyimizcə oldu, sənət dostlarım məni tək qoymadılar. Hər şey gözəl keçdi. Qızım özü sevib, ailə qurmağa razılıq verib. Əsas onun xoşbəxt olmağıdır". Mətanət İsgəndərli nişanı mediadan gizli saxlamasına isə belə izah verib: "Bəy şou-biznesdən uzaq biridir. Mətbuatın olmamasını kürəkənim istədi. Qızım da onun bu istəyinə hörmətlə yanaşdı. Gərək bir-birinə hörmət edib, başa düşsünlər. Əgər oğlan istəmədisə, Ülkər onun sözündən çıxa bilməzdi. Nişan ailə arasında olan bir tədbirdi. Medianın olmasını istəməməyimizə baxmayaraq, yenə də şəkillər yayıldı”. Sənətçi həmçinin bildirib ki, Ulkərlə Orxanın toy mərasimi gələn ilin yazına planlaşdırılır.