Mətanət və Qorxmaz filmlərinin təqdimatına niyə gəlmədi ? - Foto

Mətanət və Qorxmaz filmlərinin təqdimatına niyə gəlmədi ? - Foto
MAQAZİN
14:05 12.05.2017
1472
Nofel Şahlaroğlu, Teymur Məmmədov, Mətanət Əliverdiyeva ,Qorxmaz Əlicanzadə və başqalarının rol aldığı filmin təqdimatı oldu
 
AZXEBER.COM xəbər verir ki, rejissor Ruslan Hüseynin lentə aldığı "Məlikməmməd və Ziba” filimin təqdimatı baş tutdu. Rejissor film haqqında danışarkən əsas süjet xəttinin komik hadisələrdən ibarət olduğunu deyib. "Filmdə Məlikmməd obrazı komik, uğursuz hadisələr üzərində qurulub. Filmin əsas sujet xətti komik hadislərdən ibarətdir.Ancaq sonda hər şey uğurla bitir. Filmi Azərbaycan menatalına uyğun olaraq çəkmişik. Bəzi filmlərdə 18+ səhnələr olur. Əslində o da olmalıdır. Sadəcə rejissor onu düşünərək 18+ edir. Bizim filmimiz 12+ du. Bu gənclərin də gəlib izləyə bilsi üçün şərait yaradır.”
 
Rejissor filmin büdcəsi haqqında etiraf edib. "Mən nə yalan danışım. Bəziləri kimi 100,200 min büdcə olmadı. Bu film 100 min deyilən filmlərin təkcə bir kamera kirayəsinin qiymətinə bərabərdir.” Filmdə aparıcı Mətanət Əliverdiyeva, Qorxmaz Əlicanzadə rol alsa da , onlar təqdimat mərasiminə qatılmayıb. Səbəb kimi Mətanətin başqa çəkişlərinin, Qorxmazın isə səhəti ilə bağlı probleminin olduğunu bildiriblər.
 
Nazim Qasımzadə




OXŞAR XƏBƏRLƏR