Mətbuat informasiya yaymaqla yanaşı, həm də “ana dili müəllimi” olmalıdır

Mətbuat informasiya yaymaqla yanaşı, həm də “ana dili müəllimi” olmalıdır
MEDİA
10:31 08.12.2018
4215
Ana dilimiz milli sərvətimizdir. Dil xalqın varlığının isbatıdır. Azərbaycan dilinin qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır. Əqidəsindən, vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq ana dilinin gözəlliyini, saflığını qorumaq, onun təmizliyinə xələl gətirən yad təsirlərin qarşısını almaq hamımızın vətəndaşlıq borcudur .

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Nəsir Əhmədli "İki sahil”  qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan dilindən düzgün istifadə, dilin təbliği və qorunması məqsədilə "dil polisi”nin yaradılmasına ehtiyac var: "Əgər adına uyğun şəkildə öz funksiyasını tam məsuliyyətlə yerinə yetirəcəksə, yaradılacağı təqdirdə "dil polisi” dilimizin qorunması və təbliği istiqamətində müsbət nəticələr əldə edəcək. Dilimizdə işlənən əcnəbi sözlərə birmənalı yanaşmaq doğru deyil. Elə sözlər var ki, dilimizdə qarşılığı olmasına rəğmən biz öz sözlərimizdən deyil, onun rus, yaxud da ingilis variantından istifadə edirik. Elə əcnəbi sözlər də var ki, onun ana dilimizdə qarşılığı olmadığı üçün ehtiyac üçün üzdən işlədirik. Yəni əcnəbi sözlər iki kateqoriyaya ayrılır: ehtiyac olan və ehtiyac olmayan. Əcnəbi sözlərdən istifadə zamanı jurnalistlər çox diqqətli olmalıdırlar, sözün quruluşuna, mahiyyətinə çox ciddi yanaşmalıdırlar. Çalışmaq lazımdır ki, yanlış sözlər artıq dilimizdə qanuniləşməsin. Çünki əcnəbi sözlər doğru mahiyyət ifadə etmir, amma hər kəs tərəfindən işlənir. Təhlükə burdadır və bunun qarşısını almaq lazımdır. Bütün sahələrdə dilimizin saflığı və təmizliyi eyni səviyyədə qorunmalıdır. Təbii ki, yazılı mətbuat, həmçinin radio və televiziya bu məsələyə ciddi fikir verməlidirlər. KİV birbaşa kütləyə ünvanlanır və maarifləndirici funksiya daşıyır. Mətbuatda gedən bir söz artıq cəmiyyət tərəfindən sorğu-sualsız düzgün variant kimi qəbul olunur. Bu mənada, media nümayəndələri daha ehtiyatlı  olmalıdırlar ".

BDU-nun açıqlamasında müasir mətbu orqanlarını dil-üslub xüsusiyyətlərinə əməl etmək baxımından belə qruplaşdırdı: "Müasir mətbuatı ədəbi dilin və onun üslub özəlliklərinin qorunma səviyyəsi baxımından birmənalı qiymətləndirmək olmaz. Ədəbi dilin leksik, qrammatik və üslubi normalarını qorumağa, praktik fəaliyyətlərində onlara dəqiq əməl etməyə çalışan jurnalistlərimiz də az deyil. Maraqlıdır ki, belə qələm sahibləri daha çox iqtidaryönlü və müstəqil qəzetlərdə cəmləşiblər. Bunun başlıca səbəblərindən biri, bəlkə də birincisi, həmin redaksiyalarda ixtisasca jurnalist və filoloq olan, yaxud uzun illərdən bəri zəngin yaradıcılıq təcrübəsi toplamış əməkdaşların çoxluğudur.

İkinci qrupa orta səviyyəli, yəni ədəbi dil normalarına yarımçıq əməl edilən qəzetlər daxildır. Üçüncü qrup dil və üslub baxımından bərbad olan, səhifələrində heç bir qayda-qanuna məhəl qoyulmayan nəşrlərdir. Belə "qəzet”ləri nəinki oxucular, heç müəlliflərin özləri də başa düşmürlər. Mətbuat səhifələrindəki yazılarda dilin orfoqrafiya qaydalarının pozulması, yazı normalarına ciddi riayət olunmaması, dialekt sözlərin işlənməsi dilimizin saflığının qorunmasına mane olur.”

Professor Nəsir Əhmədli mətbuat və dilin bir-bir ilə qırılmaz şəkildə bağlı olduğunu bildirdi: "Dili və üslubu mükəmməl olmayan qəzet, nədən yazırsa-yazsın, heç vaxt populyarlaşa bilməz. Mətbuat informasiya yaymaq missiyasını yerinə yetirməklə yanaşı, həm də ana dili müəllimi olmalıdır. Uşaqlar, gənclər, ahıl insanlar ədəbi dilin normalarını məhz qəzet-jurnal səhifələrindən öyrənməlidirlər. Ədəbi dil normalarının qorunması hər bir jurnalistin müqəddəs vətəndaşlıq borcudur. Buna nail olmaq üçün mətbuat nümayəndələri özləri bu normaları yaxşı bilməli, yazılarında onlara əməl etməlidirlər. Çoxlu müvafiq vəsait (məqalələr, kitablar, lüğətlər və s.) var, onları öyrənmək və tətbiq etməyi bacarmaq lazımdır ".

Əməkdar jurnalist onu da qeyd etdi ki, mətbuatda dil-üslub xüsusiyyətlərinə əməl olunması, qayda və normaların pozulmaması üçün jurnalistlər işə götürülən zaman və fəaliyyət göstərdikləri müddətdə müvafiq dil-üslub yoxlamalarından keçməlidirlər: "Redaksiyalarda, saytlarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyası keçirilməli, yeni əməkdaşlar "Azərbaycan ədəbi dilinin normaları”ndan imtahan verdikdən sonra işə qəbul olunmalıdır. Həmçinin redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilməli, hər bir redaksiyada və saytda yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılmalıdır. Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlayıb redaksiyalara və saytlara paylamaq, BDU-nun Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açmaq da mütləqdir.

Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, "dəyirmi masa”lar, treninqlər keçirib, televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılmalı, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunmalıdır. Ədəbi dil normalarını daha çox pozan redaksiyalar və əməkdaşlar inzibati məsuliyyətə cəlb olunmalıdır. Redaksiyaların və saytların AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə, universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələrini də genişləndirmək lazımdır.”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq