“Mətbuat olmasaydı, Tahir İmanov da olmazdı” – Baş redaktorlar Tahir İmanova cavab verdilər

“Mətbuat olmasaydı, Tahir İmanov da olmazdı” –  Baş redaktorlar Tahir İmanova cavab verdilər
ÖZƏL
16:27 05.11.2018
9590
Əməkdar artist Tahir İmanovun bugünlərdə mətbuata verdiyi açıqlama ciddi müzakirələrə səbəb olub. Onun "Ölkə mediasının 95 faizi "sarı media”dır, Azərbaycanın bütün özəl TV kanallarını zibil yeşiyinə atardım” fikri ciddi narazılıqla qarşılanıb.

AZXEBER.COM Tahir İmanovun fikilərinə aparıcı mətbuat orqanlarının rəhbərlərindən münaibət öyrənib.

"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz Tahir İmanovun bu açıqlamasında təəssüfləndiyini bildirib:
 


"Tahir İmanov tanınmış adamdır, nüfuzlu insandır, gəkər hər hansı açıqlama verəndə onun doğuracağı nəticələri nəzərə alsın. Necə yəni mətbuatın 95 faizi "sarı mətbuat”dır? Bu həmin mətbuatdır ki, xeyli sayda insana məşhurluq qazandırıb. Hətta bu açıqlamanı əsəbi olaraq versə belə düz eləməyib. Gərək daha məsuliyyətli olaydı. Azərbaycan mətbuatı sürətli inkişaf mərhələsinə qədəm qoyub. Təbii ki, mətbuat canlı orqanizm deyil. Bu sahədə də sui-istifadə edənlər, qara işlərlə məşğul olanlar var. Lakin bunu ümumi ölkə mətbuatı adına çıxmağın yalnız bir adı var – məsuliyyətsizlik”.

"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev hesab edir ki, Tahir İmanov məsələlərə öz prizmasından baxır:
 


"Hərənin hadisələrə bir başıxı, bir yanaşması var. Tahir İmanovun fikirləri mənim üçün maraqlı deyil. Azərbaycan mətbuatı çox ciddi inkişaf yoluna qədəm qoyub.  Heç şübhəsiz bütün bu uğurların kökündə Cənab Prezident İlham Əliyevin mətbuata qayğısı dayanır. Jurnalistlərin sosial-məişət problemlərinin həlli istiqamətində atılan addımlar, çap nəşrlərinə və fərdi jurnalist müsabiqələrinə dövlət qrantlarının ayrılması bunun bariz nümunəsidir. Eyni sözləri televiziyalar haqqında da söyləmək olar. Bu uğurları kimsə görmürsə və ya görmək istəmirsə, bu onun öz işidir”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bu cür açıqlamaların ziyanlı olduğu qənaətindədir:
 



"Heç şübhəsiz təqdir olunası hal deyil. İnsanların öz şəxsi maraqları baxımından, mənafe toqquşmaları baxımından jurnalistikanı hörmətdən salmaları yaxşı bir hal deyil. Mətbuatda müəyyən problemlər var, bunu heç kim istisna etmir. "Sarı mətbuat” və "reket mətbuat” dediyimiz qanadlar var. Lakin bu bütöv Azərbaycan jurnalistikası adına şamil oluna bilməz. Ölkəmizin peşəkar, formalaşmış və oturuşmuş jurnalistikası mövcuddur. Dövlətini, millətini sevən kifayət qədər peşəkar sayda jurnalistlərimiz var. Tahir İmanovun özünü də ictimaiyyətə, Azərbaycan xalqına həmin telekanallar, həmin mətbuat tanıtdırıb. Mən inanmıram ki, televiziya və mətbuat olmasaydı, Tahir İmanovun gördüyü işlərdən kiminsə xəbəri olardı. Ola bilər ki, müəyyən zaman kəsimində kiminsə telekanal və mətbuat orqanları ilə problemləri yaranır. Ancaq bu o demək deyil ki, buna görə bütöv ölkə mətbuatı haqqında əsassız fikirlər səsləndirilməlidir”.

Azxeber.com portalının baş direktoru Əfsələddin Ağalarovun sözlərinə görə, hər yerdə olduğu kimi, mətbuatda da müəyyən problemlər var:
 

"Lakin bu o demək deyil ki, hər hansı fikir ayrılığı və ya problemə görə, ucdantutma ölkə mətbuatını hədəfə alasan. Azərbaycan mətbuatının inkişafı göz önündədir. Bunu danmaq mümkün deyil. Ölkə mediası dövlətə və dövlətçiliyə daim sədaqətlə xidmət göstərib. Ümumilli problemimiz olan Qarabağ məsələsində vahid mövqedən çıxış edib. Eyni zamanda hazırda məşhurluq qazanan bir çox insanlar cəmiyyətə məhz televiziyalar və mətbuatın sayəsində ayaq açıb. Bu səbəbdən mətbuat haqqında bu səpkili ümumiləşmiş fikir söyləmək absurddur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz olmayacaq
08:52 27.07.2026
Bu ərazilərdə qaz olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır