232 nəfər əfv edildi

232 nəfər əfv edildi
DÜNYA
01:58 23.11.2026
57
Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü münasibətilə 232 nəfər barəsində əfv fərmanı imzalayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, əfv qərarı həbs cəzası çəkən 216 nəfərə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar çəkən 16 nəfərə şamil edilib.

Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, dövlət başçısının Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətlərdən istifadəsi humanizm və dövlət maraqları prinsiplərinə əsaslanır.
OXŞAR XƏBƏRLƏR