Azərbaycan Mətbuat Şurası əlavə səlahiyyətlərin verilməsini istəyir. “Mətbuat Şurası haqqında” qanun layihəsi qəbul edilməlidir və həmin qanunda Mətbuat Şurasına davranış kodeksini pozan mətbuat orqanlarının bağlanması barədə Ədliyyə Nazirliyinə və məhkəməyə müraciət etmək hüququ verilməlidir.Trend-in məlumatına görə, bunu ötən ilin yekunlarına dair iclasda Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru, deputatBəxtiyar Sadıqovdeyib.