Mətbuat Şurası “Kanal S”də baş verənləri pisləyib

Mətbuat Şurası “Kanal S”də baş verənləri pisləyib
MEDIA
10:16 02.04.2025
576
Mətbuat Şurası "Kanal S”də baş verənləri pisləyib.

Şuradan AZXEBER.COM-a bildirilib ki, sön dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb.

Qeyd edilib ki, "Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir: "Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnalist statusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaq durmalı, səsinin tonunu yüksəltməməli, mimika və jestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı, qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikir nümayişindən çəkinməli, müsahiblərinə, çağrılmış qonaqlara hörmət və nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedici mövqe tutmamalıdır".

"Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, "Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O, özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu.

Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası "Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalın rəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməz təqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir"- Şuradan bildirilib..

Həmiçinin vurğulanıb ki, Komissiya, ümumən Azərbaycan teleməkanına məsul şəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyi prinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efir məsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaq və davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvi dəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətin axarına və dinc yaşam nornalarına qarşı təhdid mahiyyəti daşıyan hallara biganə qalmamağa çağırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır