Mətbuat Şurasına 1 ildə 651 müraciət daxil oldu

Mətbuat Şurasına 1 ildə 651 müraciət daxil oldu
MEDİA
15:24 12.01.2012
1556
2011-ci ildə Mətbuat Şurasına 651 müraciət daxil olub ki, bunun 499-u şikayət xarakterlidir. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirib."Bu şikayətlərin əksəriyyəti vətəndaşlardan daxil olub. Həmçinin müxtəlif dövlət idarələri, müəssisələr, ictimai təşkilatlar və siyasi partiyalardan da şikayətlər qeydə alınıb", - deyə o söyləyib.Sədrin sözlərinə görə, Mətbuat Şurasına Bakı şəhəri üzrə daxil olmuş şikayətlərin sayı 2010-cu illə müqayisədə azalıb. "Paytaxtdan daxil olmuş şikayətlər 35-40% təşkil edir, qalan şikayətlər respublikanın müxtəlif şəhər və rayonlarından daxil olub. Regionlardan daxil olan şikayətlərin sayı artıb”, - deyə Ə.Amaşov bildirib.
OXŞAR XƏBƏRLƏR