Mətbuat Şurasında Fransa müstəmləkələrindən gələn media nümayəndələri ilə görüş keçirilib

Mətbuat Şurasında Fransa müstəmləkələrindən gələn media nümayəndələri ilə görüş keçirilib
MEDIA
16:08 25.02.2025
681

Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri Mətbuat Şurasında olublar.

AZXEBER.COM xəbər verir ki, görüşdə çıxış edən MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. R.Məcid Azərbaycanın da beynəlxalq media, o cümlədən Fransa mediası tərəfindən əsassız ittihamlara məruz qaldığını bildirib. O, ədalətsizliyə qarşı mübarizəni ölkəmizin media təmsilçiləri ilə Fransa əsarətindəki müstəmləkələrin jurnalistlərini birləşdirən ortaq maraq kimi səciyyələndirib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara ölkəmizdə medianın durumu barədə məlumat verib, mövcud istiqamətdəki statistikanı açıqlayıb.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa əsarətindəki müstəmləkələrdən olan media təmsilçilərinin ölkəmizə səfərlərinin kommunikasiya üzrə təcrübə mübadiləsi məqsədi daşıdığını bildirib, iştirakçıları qonaq jurnalistlərin səfər qrafiki ilə tanış edib.

Müzakirələr zamanı MŞ sədri R.Məcid, həmçinin, MŞ İdarə Heyətinin üzvləri Azər Həsrət, Hacıbəy Heydərli və Şuranın icraçı katibi Əvəz Rüstəmov xarici media təmsilçilərinin MŞ-nin fəaliyyəti, eləcə də Azərbaycan jurnalistikası ilə bağlı suallarını cavablandırıblar.

Görüş zamanı müstəmləkəçilik siyasətinin yaratdığı sosial, siyasi və mədəni fəsadlar geniş müzakirə edilib. Xüsusilə, müstəmləkə rejimlərinin medianın inkişafına zərbələr vurduğu və təzyiqlərin davam etdiyi bildirilib. Bu çərçivədə kolonial siyasətin informasiya axınını manipulyasiya etməsi, senzura tətbiqi və yerli mədəniyyətlərin informasiya məkanından sıxışdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa müstəmləkələri altında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdıqları real çətinliklər ön plana çəkilib.

Görüş zamanı, həmçinin, tərəflər arasında beynəlxalq mediada yerli xalqların səsinin eşidilməsi, informasiya axınında ədalətli təmsilçilik və dezinformasiyaya qarşı birgə mübarizə yolları ətrafında diskussiyalar gedib, Azərbaycanın media qurumları ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Gələcəkdə birgə layihələrin həyata keçirilməsi, müştərək konfransların, seminarların və təlimlərin təşkilinə maraq ifadə olunub. Eyni zamanda, müstəmləkə təcrübələrinə dair tədqiqatların aparılması barədə planlar irəli sürülüb. Belə təmaslar beynəlxalq media əməkdaşlığının gücləndirilməsi və müstəmləkə siyasətinin informasiya sahəsində yaratdığı maneələrin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır