Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR

Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
SOSİAL
15:41 23.09.2026
105
Bu gün Azərbaycan Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə "Süni intellekt dövründə media monitorinqi və analitika: Mediatrends imkanları” mövzusunda toplantı keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbiri girişi sözü ilə açan komissiya sədri Hacıbəy Heydərli bildirib ki, rəhbərlik etdiyi qurum sosial şəbəkələrdə dezinformasiya və "fake news”larla mübarizə, eləcə də sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi istiqamətində ardıcıl iş aparmaqdadır. Son dövrlər isə süni intellekt və media ilə bağlı məsələlər də komissiyanın diqqətindədir və bu, Mətbuat Şurasının ümumi yanaşmasından qaynaqlanır.

H.Heydərli, həmçinin, deyib ki, hazırda xüsusilə "deepfake” texnologiyaları, sosial şəbəkələrdə saxta məlumatların yayılması və onların aşkarlanması, dezinformasiyaya qarşı mübarizə əsas istiqamətlərdən biridir. O, bu baxımdan müzakirəsi aparılan mövzunun əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Mediatrends (mediatrends.ai) platformasının süni intellektin media monitorinqi və analitikası sahəsində yaratdığı yeni imkanlar neqativ halların aradan qaldırılmasına dəstək ola bilər.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz çıxışında müasir media məkanında informasiya axınının izlənilməsinin və təhlilinin, media gündəminin operativ monitorinqinin əhəmiyyətindən söz açıb. O, bu baxımdan Mediatrends (mediatrends.ai) platformasının funksional imkanları barədə geniş təqdimat edib.

Tədbirdə bir çox məsələlərlə yanaşı, Mediatrends (mediatrends.ai) platformasının jurnalist yaradıcılığına faydaları üzərində dayanılıb, müxtəlif misallar çəkilib. MŞ İdarə Heyətinin üzvləri – Azər Həsrətin və Aqil Ələsgərin çıxışlarında bildirilib ki, media nümayəndələri ictimai missiya yerinə yetirirlər və onlar gördükləri işin daha geniş təbəqələrə, qaldırdıqları vacib məsələlərin, o cümlədən, problemlərin aidiyyatı dairələrə operativ surətdə çatmasında maraqlıdırlar. Maraq cəmiyyətin mənafelərinin qorunmasından irəli gəlir. Bu baxımdan media və sosial media monitorinqi, AI analitikası və erkən xəbərdarlıq platforması kimi fəaliyyət göstərən Mediatrends mühüm və çoxşaxəli missiya yerinə yetirməkdədir.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş tədbirdə iştirakçıların suallarını cavablandıran O.Gündüz gələcəkdə Mediatrends platformasının hazırkı imkanlarının daha da təkmilləşdirilməsinin mümkünlüyünü vurğulayıb, beynəlxalq təcrübə ilə paralellər aparıb.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI