Mətbuat Şurasında Yaqut Bahadurun 65 illik yubileyi qeyd edilib

Mətbuat Şurasında Yaqut Bahadurun 65 illik yubileyi qeyd edilib
MEDIA
16:05 03.07.2025
497

Bu gün Azərbaycan Mətbuat Şurasında jurnalist və publisist, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurun 65 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə MŞ sədrinin müavini Səadət Məmmədova açaraq, yubilyarın zəngin yaradıcılıq yolu keçdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, o, təmsil olunduğu qurumun belə qələm sahiblərinin həyat yoluna dəyər ənənəsinin mövcudluğunu vurğulayıb və toplantının da bu məqsədlə təşkil edildiyini diqqət çatdırıb. S.Məmmədova Mətbuat Şurası tərəfindən Y.Bahadurun diplomla təltif olunduğunu deyib və diplomu yubilyara təqdim edib.

Çıxış edənlərdən "Söz” jurnalının baş redaktoru Sevda Əlibəyli, texnika elmləri doktoru Turan İbrahimov, şair və yazar Şahnaz Şahin, əməkdar jurnalist Ətrabə Rzayeva, Vətən müharibəsi şəhidi Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Coşğun İbrahimov və Nərmin Dadaşova, padaqoq və şair Səyyarə Valeh, şair Sevinc Arzulu, padaqoqlar Mehriban Hacıyeva, Aybəniz Musayeva və Dilşad Yaqubova, iş adamı Gündüz Əliyev və başqaları Y.Bahadur yaradıcılığının spesifik məqamlarından söz açıb, xatirərlərini bölüşüb, təbriklərini çatdırıb və yubilyara uğurlar arzulayıblar.

Qeyd edək ki, Yaqut Bahadur qızı Əşrəfova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, Bakı  Sosial  İdaraetmə və Politologiya  institutunu  bitirib. Müxtəlif illərdə Kürdəmir rayonunda məsul vəzifələrdə çalışıb. Hazırda Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional Filialının müdiridir.

Yubilyar "Həsrət”, "Vurğunam nəğməyə, saza”, "Qoca Şirvanın balasıyam mən”, "Mən Muradlar övladıyam”, "Aşıq Əhmədin yaradıcılığı”, "Hay ver mənə, cənab leytenant”, 39 kürdəmirli şəhid haqqında oçerklərdən ibarət "Ölümü ömür seçənlər” kitablarının, onlarla elmi, publisistik məqalə və oçerkin müəllifi, AJB və AYB-nin üzvüdür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
16:53 24.08.2026
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
16:46 24.08.2026
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
16:43 24.08.2026
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
16:40 24.08.2026
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
44 milyard dollarlıq sərvət sahibi öldü
16:30 24.08.2026
44 milyard dollarlıq sərvət sahibi öldü
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
16:25 24.08.2026
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
16:23 24.08.2026
Zelenski: Ukrayna itkin düşmüş hesab edilən 10 hərbçini ölkəyə qaytarıb
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
16:17 24.08.2026
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb
Ermənistanda daha bir hərbçi intihar edib
16:09 24.08.2026
Ermənistanda daha bir hərbçi intihar edib