2024 YR adlı asteroidin 2032-ci ildə Yerlə toqquşma ehtimalının artdığı açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istnadən xəbər verir ki, bu barədə NASA və Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.
Son hesablamalara görə, bu meteoritin Yerlə toqquşma ehtimalı hazırda 2,3 faiz olaraq hesablanır. Bu nisbət ESA-nın dekabr ayında bildirdiyi 1,3 faiz ehtimalından yüksəkdir.
Alimlər 2024 YR meteoritinin dəqiq orbitini təyin etmək üçün müşahidələrini davam etdirirlər. NASA tərəfindən maliyyələşdirilən kosmonavtlar bildirirlər ki, meteoritin eni təxminən 90 metrdir və 1908-ci ildə Sibirdə Tunquska hadisəsinə səbəb olan asteroidə bənzər xüsusiyyətlərə malikdir.
Tunquska hadisəsi 2150 kvadrat kilometr meşəni məhv edən güclü partlayışla nəticələndi.
Rəsmilər vurğulayıblar ki, 2024 YR meteoriti ilə bağlı narahatlığa hələlik ehtiyac yoxdur. ESA tərəfindən yayımlanan məlumat videosunda meteoritlərin toqquşma ehtimalının zamanla dəyişə biləcəyi, buna görə də yeni müşahidələrlə bu ehtimalın sıfıra enə biləcəyi ifadə edilib.
Oksana