Mətin Eynullayev ictimai əsaslarla işləyəcək

Mətin Eynullayev ictimai əsaslarla işləyəcək
Siyasət
19:27 19.08.2020
1292
Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2020-ci il tarixli Sərəncamı ilə İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilən Mətin Eynullayev bu vəzifəni ictimai əsaslarla həyata keçirəcək.

AZXEBER.COM-un oxu.az-a istinadən məlumatına görə, o, hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini-rəis vəzifəsinin icraçısıdır və bu vəzifədə fəaliyyətini davam etdirəcək.

Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə görə, Holdinqin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir.

İdarə Heyəti 5 üzvdən – sədrdən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvlərindən biri, eyni zamanda, Azərbaycan İnvestisiya Holdinqinin idarə edilməsinə məsul olan Baş icraçı direktordur. İdarə Heyətinin digər üzvlərini, o cümlədən Baş icraçı direktoru İdarə Heyəti sədrinin təqdimatı əsasında Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir. Baş icraçı direktor Holdinqin cari fəaliyyətinə rəhbərlik edir.

Məlumat üçün qeyd edək ki, dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin  7 avqust 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılıb və Nizamnaməsi təsdiq edilib.

Dövlət başçısının 12 avqust 2020-ci tarixli Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib və Azərbaycan Respublikasının Baş Naziri Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, İqtisadiyyat və Maliyyə nazirləri Şuranın üzvləridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb