Metro “Qarabağ”a görə gücləndirilmiş iş rejiminə keçir

Metro “Qarabağ”a görə gücləndirilmiş iş rejiminə keçir
SOSİAL
20:15 16.10.2017
1036
"Qarabağ” – "Atletiko” oyunu ilə əlaqədar "Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.
 
AZXEBER.COm xəbər verir ki, bunu AzVision.az-a "Bakı Metropoliteni”QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
 
Qurum rəsmisi bildirib ki, gücləndirilmiş iş rejimi bütün stansiyalarda tətbiq olunacaq.
 
O qeyd edib ki, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək və ehtiyat qatarlar cəlb olunacaq. N.Paşayev əlavə edib ki, oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq.
OXŞAR XƏBƏRLƏR