Metro terrorunda azərbaycanlı qız həlak olub - 20 yaşlı Dilbarə

Metro terrorunda azərbaycanlı qız həlak olub - 20 yaşlı Dilbarə
SOSİAL
10:16 04.04.2017
21639

 

 

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında bir azərbaycanlının olduğu məlum olub.

 

Bu, 20 yaşlı Əliyeva Dilbarədir.

 

D.Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. 

 

Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib.

 

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş partlayışda 28 yaşlı azərbaycanlı Zaur Vəliyev ağır yaralanıb.

 
///Diaspor.az 




OXŞAR XƏBƏRLƏR