Cənubi Koreyada metro tunelində dəhşətli yanğın: 5 ölü, 37 yaralı

Cənubi Koreyada metro tunelində dəhşətli yanğın: 5 ölü, 37 yaralı
DÜNYA
14:54 29.12.2022
182
Cənubi Koreyanın Qvaçeon şəhərində tuneldə baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 37 nəfər yaralanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulun cənubunda yerləşən Qvaçeonda yerli vaxtla saat 13:49-da tuneldə yanğın baş verib.
 
Rayona polis, təcili yardım, 4 yanğınsöndürən maşını, 219 yanğınsöndürən və helikopter göndərilib.

Alov sürətlə yayıldığı üçün ərazidən qatı tüstü qalxıb.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, 5 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 37 nəfər yaralanıb.

İlkin məlumata görə, yanğının avtobusla yük maşınının toqquşması nəticəsində başladığı bildirilib.

Hadisə ilə bağlı başladılan araşdırmalar davam edərkən, alov 2 saat yarımdan sonra söndürülə bilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR