Türkiyənin İzmir bölgəsində metroda xarab olan eskalator əks istiqamətə hərəkət edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər yaralanıb.
Belə ki, eskalator naməlum səbəbdən üzərində sərnişinlər olduğu halda qəfildən əks istiqamətə hərəkət etməyə başlayıb.
Pilləkənlərin sürüşməsi nəticəsində müvazinətini itirərək yıxılan 9 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə təcili yardım qrupları sövq edilib və yaralılar nəzarət üçün ətrafdakı xəstəxanalara aparılıb.
Oksana