Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO

Metroda gedişhaqqı qaldırılacaq? - VİDEO
SOSİAL
14:26 14.05.2020
1430

Metroda sosial məsafənin qorunması, stansiyalara yalnız icazəsi və tibbi maskası olan şəxslərin buraxılması nəticəsində sərnişin daşımada kifayət qədər azalma müşahidə olunur. Bu da öz növbəsində bir sərnişinin daşınması üçün çəkilən xərcin artmasına səbəb olub. Məhz bunu nəzərə alaraq, son günlər sosial şəbəkələrdə metroda gediş haqqının artacağı ilə bağlı xəbərlər yayılır.

 

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında süjet yayımlanıb.

 

Xalid Kərimli – İqtisadçı: "Biz bundan da əvvəl dəfələrlə metro rəhbərliyinin bəyanatlarını da eşidirdik ki, bir nəfər sərnişinə düşən xərcin maya dəyərini onun qiyməti qarşılamır. İndiki məqamda sərnişin daşımanın daha da azalması maya dəyərini daha da artıracaq, sərnişin daşımanın maya dəyəri qiyməti dəfələrlər üstələmiş olacaq”.

 

Bununla belə, ekspertlər hesab edir ki, indiki məqamda metroda gediş haqqının qaldırılması sosial problemlərin artmasına və əhalinin xərclərinin yüksəlməsinə səbəb ola bilər.

 

Azər Allahverənov - Ekpert: "Birmənalı şəkildə bunun qiymətin qaldırılaraq tam şəkildə sərnişinlərin üzərinə qoyulması da düzgün deyil. Qiymətin qaldırılması mən düşünürəm ki, əslində insanların maraqlarına ziddir və onların rifahının pisləşməsinə gətirib çıxaran hal ola bilər”.

 

Xalid Kərimli – İqtisadçı: "Bunun ən ağlabatan hissəsi dövlət tərəfindən subsidiyaların artırılmasıdır. Lakin eyni zamanda metro rəhbərliyi öz xərclərinə yenidən baxmalıdır. Metroda xidmətin keyfiyətin təsir göstərməyən xərclərini ləğvinə çalışmalıdır ki, maya dəyəri aşağı düşsün”.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda sərnişinlərin sayının 8-10 dəfə az olduğunu deyən "Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun  sözlərinə görə, metroda gediş haqqının artırılması gündəmdə deyil.

 

Bəxtiyar Məmmədov – "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi: "Hazırda metroda sərnişindaşıma hardasa 52 qəpiyə başa gəlir. Təbii ki, bu fərqin olduğu kifayət qədər hiss olunur. Lakin son günlərdə yaranmış şayələrin hər hansı əsası yoxdur. 2-ci bir yaranan şayə o oldu ki, guya ki, makı metrosunda hərəkətin ən yüksək səviyyədə təşkil etmək üçün qatarlar alınmalıdır. Yəni bu da tamamilə əsassız bir fikirdir”.

 

Qeyd edək ki, 2018-ci ilin iyulunda Bakı metropolitenində sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik müəyyən edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib