Ötən gün axşam saatlarında işıqların sönməsi ilə bağlı metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə report-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfaya Əhmədova deyib.
Onun sözlərinə görə, onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.
Nazirlik rəsmisi qeyd edib ki, ötən gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdı 2 133 müraciət daxil olub: "Müraciətlərin 62-si günvurma ilə bağlı olub. Həmin şəxslərdən 46-sı hospitalizasiya olunub. Müraciətlər arasında həyatı təhlükədə olan yoxdur. Çağırışlar arasında heç bir ölüm faktı qeydə alınmayıb".