Metroda intihar etmək istəyən şəxs Vətən müharibəsi iştirakçısı imiş

Metroda intihar etmək istəyən şəxs Vətən müharibəsi iştirakçısı imiş
SOSİAL
14:28 08.12.2021
605
Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda intihara cəhd hadisəsi ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, Vətən müharibəsi iştirakçısının intihara cəhdinin qarşısı polisin çevik müdaxiləsi ilə alınıb:

"Sosial şəbəkə seqmentlərində ona qarşı zorakılıq edilməsi iddiaların səsləndirilməsi manipulyativ məqsəd daşıyır. Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir. O ki qaldı, Vətən müharibəsinin iştirakçısına qarşı ictimai yerdə xoşagəlməz rəftar edilsin. Onlar bizim baş tacımızdır, onlara cəmiyyətdə yüksək rəğbət və ehtiram var.

Hadisənin təfərrüatı araşdırılır”.
OXŞAR XƏBƏRLƏR