Metroda ölən tələbənin fotoları yayıldı - FOTO

Metroda ölən tələbənin fotoları yayıldı - FOTO
SOSİAL
12:44 07.05.2018
6236
Sahil Teymurlu pilot olacaqdı

Sosial şəbəkələrdə bu gün metronun "20 Yanvar” stansiyasında dünyasını dəyişən Sahil Teymurlunun fotoları yayılıb.

20 yaşlı S.Teymurlu orta məktəbi Beyləqan rayonunda bitirib.

O, Akademik M.Mehdizadə adına 3 saylı orta məktəbdə təhsil alıb.

Məktəbi bitirdikdən sonra S.Teymurlu Milli Aviasiya Akademiyasına daxil olub.

Bu gün metronun "20 Yanvar” stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

///Real TV

 

 


OXŞAR XƏBƏRLƏR