Metroda “NFC” ödənişində yaranan problemin səbəbi nədir? - VİDEO

Metroda “NFC” ödənişində yaranan problemin səbəbi nədir? - VİDEO
SOSİAL
22:26 23.07.2026
122
Metroda  NFC ilə bağlı problem yaşanır.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, Bakı metrosunda təmassız ödəniş vasitəsilə keçid zamanı texniki nasazlıq yaranıb.

Sərnişinlərin sözlərinə görə, əsasən, səhər saatlarında metronun müxtəlif stansiyalarında bu hal yaşanıb. Sırf NCF ödənişlərində belə halların bir neçə dəfə təkrarlandığını deyən sərnişinlər daha çox kart və ya QR kod vasitəsilə ödəniş etdiklərini deyirlər.

Qeyd olunub ki, QR kod və plastik kart vasitəsilə ödəniş, keçid normal qaydada həyata keçirilir.  Məsələ ilə bağlı Bakıkart-ın ictimaiyyətlə əlaqələr şöbəsindən "Xəzər Xəbər”ə verilən məlumata görə, təmassız ödənişlərdə ümumi nasazlıq aşkarlanmayıb.

Sərnişinlərə hər hansı problemlə rastlaşdıqları halda problemin aradan qaldırılması üçün qurumun müştəri xidməti ilə əlaqə saxlamaq tövsiyə edilib.

OXŞAR XƏBƏRLƏR