Bakıda metrodan oğurluq edən şəxslər saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının içərisində pulu, bank kartı və sənəd olan çantasını oğurlamaqda və bank kartından pul çıxarmaqda şübhəli bilinən Tural Məmmədov və bir qadın müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.