Metroda problem: Sərnişinlər təcili qatardan düşürüldü

SOSİAL
10:56 12.12.2024
130
Metroda növbəti dəfə problem yaşanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat verib.

"Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb.

Qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib", - deyə məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR