Metroda qadınlar arasında kütləvi dava - Saç yoldusuna çıxdılar

Metroda qadınlar arasında kütləvi dava - Saç yoldusuna çıxdılar
SOSİAL
10:07 20.06.2018
8257
Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.
OXŞAR XƏBƏRLƏR