Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama

Metroda qiymətlər artacaq? - Metropoliten rəsmisindən açıqlama
İQTİSADİYYAT
14:55 12.09.2025
307
"Metroda differensial qiymət artımı ola bilər".

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O qeyd edib ki, "Bakı Metropoliteni" QSC qiymətlərin artırılması və azaldılması kimi bir səlahiyyətə sahib olmadığı üçün bu gün bu mövzu müzakirə olunmur, amma differensial qiymət artımı ola bilər.

"Gündəmdə olan məsələlərdəndir, amma bunun üçün tamamlama, infrastuktur işləri, yeni stansiyaların açılması, müvafiq ödəniş sistemlərinin tətbiqi və s. kimi məsələlər var. Yəni ki, differensial qiymət artımı gələcəkdə ola bilər, nəzərdə tutulur, amma bu gün bu barədə yekun bir qərar yoxdur",- deyə E.Əhmədov bildirib.
OXŞAR XƏBƏRLƏR