Metronun "Nərimanov" stansiyasında sərnişin qatar yoluna düşüb

Metronun "Nərimanov" stansiyasında sərnişin qatar yoluna düşüb
HADİSƏ
20:40 07.01.2026
222
Bu gün saat 20:00 radələrində metronun "Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bakı Metropoliteni”nin Mətbuat xdməti məlumat yayıb.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
 
Qeyd edək ki, yıxılan sərnişin vəfat edib.
OXŞAR XƏBƏRLƏR